Sosial sinif

Sosial sinifcəmiyyətlər və ya mədəniyyətlər daxilində mövcud olan fərdlər və ya qrupların arasındakı iyerarxik fərqlərə (və ya təbəqələşməyə) əsaslanır. Burada əsasən, fərdlər sinif daxilindəki iqtisadi mövqelərinə, təbəqələşmə sistemi daxilində isə bir-biri ilə oxşar olan siyasi və iqtisadi maraqlarına görə qruplaşdırılırlar.

Əksər cəmiyyətlərdə, xüsusən də milli dövlətlərin mövcud olduğu cəmiyyətlərdə sosial sinfi xüsusiyyətlərin nümayiş etdirildiyi görülür.[1] Lakin siniflər universal bir hadisə deyildirlər. Bir çox ibtidai icma quruluşu formasında yaşayan ovçu-yığıcı cəmiyyətlərdə sosial təbəqələşmə mövcud deyildir. Bu cür cəmiyyətlərdə çox zaman daimi liderlər də mövcud olmur və cəmiyyət üzvləri özləri də iyerarxik güc strukturlarına bölünməkdən çəkinirlər.[2]

  1. Habermas, J. (2006). "the European Nation State - Its Achievments and Its Limits. On the Past and Future Sovereignty and Citizenship", in G. Balakrishan (ed.) Mapping the Nation. London: Vernon. 281 - 294
  2. Gowdy, John (2006) "Hunter-gatherers and the mythology of the market," in Richard B. Lee and Richard H. Daly (eds.), The Cambridge Encyclopedia of Hunters and Gatherers, pp.391-394. New York: Cambridge University Press

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search